Peter Bos “Yuventus” üzərində qələbəsini şərh etdi

PSV-nin baş məşqçisi Peter Bos UEFA Çempionlar Liqasının 1/16 finalının cavab oyununda “Yuventus” üzərində qələbəni şərh edib.

Arena.az məlumat verir ki, PSV səfərdəki ilk oyununda 1:2 hesablı məğlubiyyətə rəğmən, evdə “Qoca sinyora”nı əlavə vaxtda 3:1 (əsas vaxt: 2:1) hesabı ilə “rahatlayaraq”, mötəbər yarışda mübarizədən kənarlaşdırıb.

Peter Bos matçdan sonra keçirilmiş mətbuat konfransında bunları vurğulayıb:

“Mən düşünürəm ki, biz kifayət qədər yaxşı oynadıq və qələbəyə layiq idik. Özü də bunu öz üslubumuzda icra etdik. Mən bundan çox məmnunam. İqtisadi nöqteyi-nəzərdən biz daha nəhəng ölkələrlə rəqabət apara bilmərik, amma biz növbəti mərhələyə ədalətli bir surətdə adladıq və bu gün layiq olduğumuz qələbəni qazandıq. Mən Niderland futbolu üçün xoşbəxtəm. “Feyenoord”un və bizim mərhələ adlamağımız – bax bu, qürur üçün bir əsasdır.

1/8 final mərhələsinə gəlincə, deyə bilərəm ki, “Yuventus” həqiqətən keyfiyyətli komandadır, amma “İnter” hələ də bir pillə yüksəkdədir”, – “Forzajuve.ru” dərgisi niderlandlı mütəxəssisdən sitat gətirir.

1/8 final mərhələsinə vəsiqə qazanmış PSV bu mərhələdə “Arsenal” və ya “İnter” ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: