A Seriyası: “Fiorentina” və “Napoli” uduzdu, “Yuve” sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Komo” – “Napoli” matçı Neapol təmsilçisinin məğlubiyyəti və liderliyi əldən verməsi ilə nəticələnib. Səfərdə “Verona” ilə qarşılaşan “Fiorentina” da turu məğlubiyyətlə başa vurub. “Empoli”nin qonağı olan “Atalanta” 5 cavabsız qolla qalib gəlibsə, “Yuventus” da “Kalyari”ni tək qolla üstələyib.

26-cı tura fevralın 24-də keçiriləcək “Roma” – “Montsa” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
26-cı tur
21 fevral

Leççe – Udineze 0:1
Qol: Lukka, 32-pen.

22 fevral

Parma – Bolonya 2:0
Qollar: Bonni, 37-pen.

Venesiya – Latsio 0:0

Torino – Milan 2:1
Qollar: Tiav, 5-öz qapısına. Ginetis, 76 – Reynders, 74.

İnter – Cenoa 1:0
Qol: L.Martines, 78.

23 fevral

Komo – Napoli 2:1
Qollar: Rrahmani, 7-öz qapısına. Diao, 77 – Raspadori, 17.

Verona – Fiorentina 1:0
Qol: Bernede, 90+5.

Empoli – Atalanta 0:5
Qollar: Qyasi, 27-öz qapısına. Reteqi, 33. Lukman, 43; 55. Zappakosta, 74.

Kalyari – Yuventus 0:1
Qol: Vlahoviç, 12.

24 fevral

23:45. Roma – Montsa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: