“Empoli” “Yuventus”u İtaliya Kubokunda yarımfinala buraxmadı

Bu gün futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

“Yuventus” doğma meydanda “Empoli”ni sınağa çəkib. Qarşılaşmanın taleyinə penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Empoli” böyük sürprizə imza ataraq növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, daha öncə “İnter”, “Bolonya” və “Milan” klubları da yarımfinala yüksəlmişdilər. “İnter” yarımfinalda məhz “Milan”la üz-üzə gələcək. “Empoli” isə “Bolonya”ya rəqib olub.

İtaliya Kubokunda yarımfinal mərhələsinin oyunları aprel ayında keçiriləcək.

İtaliya Kuboku
1/4 final
4 fevral

Atalanta – Bolonya 0:1
Qol: S.Kastro, 80.

5 fevral

Milan – Roma 3:1
Qollar: T.Abraham, 16; 42. J.Feliks, 72 – Dovbik, 54.

25 fevral

İnter – Latsio 2:0
Qollar: Arnautoviç, 39. H.Çalhanoğlu, 77-pen.

26 fevral

Yuventus – Empoli 1:1 (penaltilər 2:4)
Qollar: K.Türam, 66 – Male, 24.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: