Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunlarına start

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk yarımfinalçının adına “Qarabağ” – “Səbail” matçında aydınlıq gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Cavid Cəlilov idarə edəcək. Bu komandalar arasındakı ilk oyunda Ağdam klubu tək qolla qalib gəlib.

Günün digər oyununda “Sumqayıt” və “Sabah” komandaları üz-üzə gələcəklər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçı Elçin Məsiyev idarə edəcək. Bu komandaların ilk görüşü qolsuz yekunlaşıb.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan cavab oyunları fevralın 28-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsinin cavab oyunları
27 fevral

“Qarabağ” – “Səbail”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
İlk oyun: 1:0.

“Sumqayıt” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
İlk oyun: 0:0.

28 fevral

“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu, 16:00.
İlk oyun: 0:1.

“Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Neftçi Arena”, 19:30.
İlk oyun: 2:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: