Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin oyunları keçirilib.
Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə “Olimpik Star”da keçiriləcək.
Əvvəlcə Yüksək Liqanın 2 iddialı komandası üz-üzə gəlib. “Neftçi”yə 6:3 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” ilk finalçı olub.
Digər matçda isə Birinci Liqanın lideri PFL U-19-dan güclü olub. Təcrübəli futzalçılardan qurulmuş aşağı liqa təmsilçisi “Araz-Naxçıvan”la finalda qarşılaşmaq hüququ qazanıb.
Qeyd edək ki, futzal üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün final qarşılaşması iyunun 5-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinal
27 fevral
Araz-Naxçıvan – Neftçi İK 6:3
Qollar: Roman Adamov, 1:25; 20:49. Əmirhüseyn Rəsuli, 9:15. Xəzər Ağalızadə, 10:56; 39:34. Mateus, 21:13 – Emil Həsənzadə, 8:37. Cavad Haydar, 11:29. Əbdul Qafar, 21:03.
Sarı vərəqələr: Ülvi Əliyev, 11:37. Mateus, 16:14. Əmirhüseyn Rəsouli, 17:53 – Vladislav Reznov, 9:14. Zamin Həsənov, 9:14. Xətai Bağırov, 16:14. Cavad Haydar, 22:51.
Qırmızı vərəqə: Vladislav Reznov, 14:35 (ikinci sari vərəqə).
Hakimlər: Əli Cəbrayılov, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
PFL – U-19 4:0
Qollar: Nicat Qafarlı, 6:39. Eyvaz Tağıyev, 11:48. Elçin İsmayılov, 17:22. Raqif Eyvazov, 29:00.
Sarı vərəqələr: Eyvaz Tağıyev, 13:16. Balarza Qədirli, 35:17 – Elgün Sadıqlı, 36:11. Aslan Hüseynov, 39:08.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 18:00.


