Azərbaycan Kubokunda yarımfinal cütləri bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cütləri müəyyənləşiblər.

Arena.az xəbər verir ki, “Neftçi” sonuncu yarımfinalçı olub.

“Ağ-qaralar” iki oyunun nəticəsinə görə, “Kəpəz”i mübarizədən kənarlaşdırıblar (2:0, 1:0). “Neftçi” finala gedən yolda “Sabah”la münasibətlərə aydınlıq gətirəcək.

Yarımfinalın digər cütündə isə “Qarabağ” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər.

Xatırladaq ki, “Qarabağ” 1/4 finalda “Səbail”lə, “Sabah” “Sumqayıt”la, “Araz-Naxçıvan” isə “Zirə” ilə duellərdən qalib ayrılaraq yarımfinala vəsiqə qazanmışdılar.

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları aprelin 2-də, cavab görüşləri isə həmin ayın 23-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: