Bu gün futbol üzrə İngiltərə Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı və əlavə vaxtın oynanıldığı “Nyukasl” – “Brayton” görüşünün yekununda növbəti mərhələyə qonaq komanda vəsiqə qazanıb.
Premyer Liqada uğursuz mövsüm keçirən “Mançester Yunayted” isə kubokda “Fulhem”lə üz-üzə gəlib. “Qırmızı şeytanlar” bu görüşün yekununda penaltilər seriyasında uduzaraq kubokla vidalaşıblar.
Mərhələnin sonuncu oyununda sabah “Nottingem Forest”lə “İpsviç Taun” komandaları üz-üzə gələcəklər.
Daha öncə “Aston Villa”, “Kristal Pelas”, “Preston”, “Bornmut” və “Mançester Siti” komandaları İngiltərə Kubokunda 1/4 finala vəsiqə qazanmışdılar.
İngiltərə Kuboku
1/8 final
28 fevral
Aston Villa – Kardiff Siti 2:0
Qollar: Marko Asensio, 68; 80.
1 mart
Kristal Pelas – Milluol 3:1
Qollar: Tanqanqa, 33-öz qapısına. Munyos, 40. Nketia, 81 – Hardinq, 45+13.
Preston – Börnli 3:0
Qollar: Breydi, 31. Osmayiç, 44. Kin, 73.
Bornmut – Vulverhempton 1:1 (penaltilər 5:4)
Qollar: Evanilson, 30 – Kunya, 60.
Mançester Siti – Plimut 3:1
Qollar: O’Rayli, 45+1; 76. De Bruyne, 90 – Talovyerov, 38.
2 mart
Nyukasl – Brayton 1:2
Qollar: A.İsak, 22-pen – Minte, 44. Uelbek, 114.
Mançester Yunayted – Fulhem 1:1 (penaltilər 3:4)
Qollar: B.Fernandes, 71 – Bassi, 45+1.
3 mart
23:30. Nottingem Forest – İpsviç Taun


