Millimiz Belarus yığmasını ilk dəfə bu arenada qəbul edəcək

Futbol üzrə Azərbaycan millisinin Belarus yığması ilə keçirəcəyi yoxlama görüşünün yeri və başlama saatı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimiz bu rəqibini martın 25-də “Masazır Arena”da qəbul edəcək. Qarşılaşmaya saat 21:45-də start veriləcək.

Qeyd edək ki, milli komandamız ilk dəfə Masazırdakı arenada rəsmi oyun keçirəcək. İndiyə qədər yığmamız heç bir rəqibini bu arenada qəbul etməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: