A Seriyası: “Cenoa”dan “Leççe” üzərində çətin qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 29-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Cenoa” doğma meydanda “Leççe” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

29-cu turun qalan görüşləri martın 15-də və 16-da keçiriləcək.

İtaliya, A Seriyası
29-cu tur
14 mart

Cenoa – Leççe 2:1
Qollar: Miretti, 16; 45+2 – Krstoviç, 68-pen.

15 mart

18:00. Montsa – Parma
18:00. Udineze – Verona
21:00. Milan – Komo
23:45. Torino – Empoli

16 mart

15:30. Venesiya – Napoli
18:00. Bolonya – Latsio
19:00. Roma – Kalyari
21:00. Fiorentina – Yuventus
23:45. Atalanta – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: