İngiltərə Premyer Liqasının 29-cu turunun “Brayton”la ev oyunu (2:2) “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün düşərli olmayıb.
Arena.az məlumat verir ki, ispan mütəxəssisin “şəhərlilər”i Premyer Liqanın cari mövsümdə 40-cı dəfə qol “yeyiblər”.
Bununla da Xosep Qvardiola “Mançester Siti”nin sükanı arxasında Premyer Liqa mövsümündə buraxılmış qolların sayı üzrə mütləq antirekordunu müəyyənləşdirib. Buna qədər Qvardilanın ən pis nəticəsi “şəhərlilər”in sükanı arxasında keçirdiyi ilk – 2016/2017-ci illər mövsümündə buraxılmış 39 topdan ibarət idi.
29 oyundan sonra “Mançester Siti” 48 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Brayton” isə 47 xalla 7-ci pillədədir.
Premyer Liqaya 29 oyundan 70 xalla “Liverpul” başçılıq edir.


