“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaliya A Seriyasının 29-cu turunun “Komo” ilə ev oyununda 2:1 hesablı əzmkar qələbəni şərh edib.
Arena.az DAZN şəbəkəsinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz çox dəirndən müdafiə olunurduq, təpki üçün zamanı düzgün seçmirdik, buna görə də “Komo”ya rahat idi. Fasilədə biz dəyişikliklər etmək məcburiyyətində qaldıq. Bu, heç də ən yaxşı oyunumuz deyildi, amma biz qələbəyə layiq idik. Əla hazırlıqlı rəqibə qarşı oyunda hesabda geri ikən, asan deyildi. Səbat göstərməyimiz gərək oldu. Biz “Komo”nun zəif yerlərindən necə yararlanmağı bilirdik”, deyə Konseysao vurğulayıb.
29 oyundan 47 xalla “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Komo” isə 29 xalla 13-cü pillədədir.
A Seriyasına 28 oyundan 61 xalla “İntrer” başçılıq edir.


