Qattuzo canlı yayımda aparıcı ilə münaqişəyə girdi

Split “Hayduk”unun italyan baş məşqçisi Cennaro Qattuzo canlı yayım zamanı aparıcı ilə münaqişəyə girərək, qalmaqal yaradıb.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Qattuzo Xorvatiya çempionatının 26-cı tururnun “Rieka” – “Hayduk” arasındakı mərkəzi oyundan (3:0) sonra aparıcı ilə söhbətə başlamazdan əvvəl onun əlini sıxmaqdan imtina edib.

Ardınca tərəflər arasında ingilis, ispan və italyan dillərindən mübahisə başlayıb.

“Mən sizin əlinizi sıxmayacağam, çünki siz həddindən çox danışırsınız. Siz həddindən çox danışır və adamlara hörmət etmirsiniz. Siz özünüz də futbol oynamısınız, odur ki, vəziyyəti gözəl başa düşürsünüz. Siz həmişə çox pis danışırsınız. Mən sizə hörmət qoymuram. Siz çox pis danışırsınız”, deyə Qattuzo dönə-dönə vurğulayıb.

Xatırladaq ki, futbolçu ikən də dəli-dolu xasiyyəti ilə seçilən Cennaro Qattuzo məşqçilik fəaliyyətinə başlaması ilə də köhnə şakərindən əl çəkməyib.

Məğlubiyyət nəticəsində “Hayduk” Xorvatiya çempionatının liderliyini “Rieka”ya təslim edib. 26 turdan sonra “Rieka” 50 xalla yarış cədvəlinin 1-ci, “Hayduk” 48 xalla 2-ci pilləsindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: