Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qrup üzrə 6 qarşılaşma baş tutub.
H qrupunda Kipr yığması doğma meydanda San Marino üzərində inamlı qələbəyə sevinib. Rumıniya millisi isə evdə Bosniya və Herseqovinaya minimal hesabla uduzub.
G qrupunda Malta evdə Finlandiyaya, Litva isə səfərdə Polşaya oxşar hesabla (0:1) məğlub olub.
K qrupunda Andorra yığması da Latviya millisinə tək qolla uduzub. İngiltərə milli komandası isə doğma meydanda Albaniya seçməsini 2 cavabsız qolla üstələyib.
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı D qrupunun oyunları sentyabrın 5-də başlayacaq.
DÇ-2026-nın seçmə mərhələsi
21 mart
H qrupu
Kipr – San Marino 2:0
Qollar: Pittas, 55. Kakulis, 86.
Rumıniya – Bosniya və Herseqovina 0:1
Qol: Giqoviç, 14.
G qrupu
Malta – Finlandiya 0:1
Qol: Antman, 38.
Polşa – Litva 1:0
Qol: Levandovski, 81.
K qrupu
Andorra – Latviya 0:1
Qol: Sit, 58.
İngiltərə – Albaniya 2:0
Qol: Lyuis-Skelli, 20. H.Keyn, 77.


