2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 13-cü turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, dünya çempionatının və Amerika Kubokunun sonuncu qalibi Argentina yığması səfərdə Uruqvaya tək qolla qalib gəlib.
Beşqat dünya çempionu Braziliya yığması isə Kolumbiya ilə ev oyunundan çətin qələbə ilə ayrılıb.
Dörd qolun vurulduğu Peru – Boliviya matçında meydan sahibləri qalib gəliblər. Ekvador yığması Venesuelanı, Paraqvay millisi də Çilini xalsız yola salıb.
Qeyd edək ki, DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci- altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
13-cü tur
21 mart
Paraqvay – Çili 1:0
Qol: Alderete, 60.
Braziliya – Kolumbiya 2:1
Qollar: Rafinya, 6-pen. Vinisius, 90+9 – L.Dias, 41.
Peru – Boliviya 3:1
Qollar: Polo, 37. P.Gerrero, 45. Flores, 82 – Migelito, 58-pen.
Ekvador – Venesuela 2:1
Qollar: E.Valensiya, 39; 46 – X.Kadis, 90+1.
Uruqvay – Argentina 0:1
Qol: Almada, 68.
Xallar: Argentina – 28. Ekvador – 22. Braziliya – 21. Uruqvay – 20. Paraqvay – 20. Kolumbiya – 19. Boliviya – 13. Venesuela – 12. Peru – 10. Çili – 9.


