U-19 millimiz Xorvatiyada ilk matçına çıxır

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.

Arena.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Matçı Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliudan (İsveç) ibarət hakimlər briqadası idarə edəcək.

7-ci qrupda yer almış U-19 millimiz növbəti matçını sabah Xorvatiya yığmasına qarşı keçirəcək.

AÇ-2025-in əsas seçmə mərhələsi
7-ci qrup, 1-ci tur
26 mart

19:00. Bosniya və Herseqovina – Azərbaycan
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Omiş. Ribnjak İdman Sarayı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: