İran yığması DÇ-2026-ya vəsiqə qazandı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına (DÇ-2026) vəsiqə əldə etmiş növbəti milli komanda müəyyənləşib.

Arena.az məlumat verir ki, İran yığması evdə Özbəkistan millisi ilə 2:2 hesablı heç-heçə sayəsində, mundiala vəsiqəsini rəsmiləşdirib.

8 oyundan 20 xal toplamış İran yığması Asiya bölgəsinin seçmə mərhələsnin 3-cü dövrəsinin “A” qrupunda 20 xalla liderdir. Özbəkistan yığması isə 17 xalla 6 komanda arasında 2-ci pillədədər.
Bu, İranın dünya çempionatlarında 7-ci iştirakı olacaq. “Fars şahzadələri” daha əvvəl DÇ-1978, DÇ-1998, DÇ-2006, DÇ-2014, DÇ-2018 və DÇ-2022-də iştirak etsələr də, qrup mərhələsini adlaya bilməyiblər.

Ümumilikdə İran yığması dünya çempionatlarının final mərhələlərində 18 oyun keçirib, 3 qələbə, 4 heç-heçə, 11 məğlubiyyət yaşayıb. Topların fərqi isə 13:31 nisbətindədir.

Xatırladaq ki, DÇ-2026 Amerikanın üç ölkəsində – ABŞ, Meksika və Kanadada keçiriləcək. Yarış 48 komandanın iştirakı ilə baş tutacaq. Mundial iyunun 11-də başlayacaq, iyulun 19-da isə başa çatacaq.
Əlavə edək ki, həmçinin Yaponiya, Yeni Zelandiya və Argentina yığmaları da mundiala vəsiqə qazanıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: