La Liqa: “Atletiko” xal itirdi, “Real” qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Real Sosyedad” doğma meydanda “Valyadolid”ə qalib gəlibsə, “Alaves” evdə “Rayo Valyekano”ya məğlub olub.

Səfərdə “Espanyol”la qarşılaşan “Atletiko” bu turu xal itkisi ilə başa vurub. Madridin digər təmsilçisi “Real” isə “Leqanes”lə ev oyunundan çətin qələbə ilə ayrılıb.

29-cu turun qalan oyunları martın 30-da və 31-də keçiriləcək.

İspaniya, La Liqa
29-cu tur
29 mart

Real Sosyedad – Valyadolid 2:1
Qollar: Oyarzabal, 23. S.Qomes, 68 – Latasa, 90+3.

Espanyol – Atletiko 1:1
Qollar: Puado, 71-pen – Aspilikueta, 38.

Alaves – Rayo Valyekano 0:2
Qollar: Siss, 22. P.Dias, 58.

Real – Leqanes 3:2
Qollar: Mbappe, 32-pen; 76. Bellingem, 47 – D.Qarsiya, 33. Raba, 41.

30 mart

16:00. Xetafe – Vilyarreal
18:15. Barselona – Jirona
20:30. Atletik – Osasuna
20:30. Valensiya – Malyorka
23:00. Betis – Sevilya

31 mart

23:00. Selta – Las Palmas

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: