Bu gün futbol üzrə İngiltərə Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
Səfərdə “Preston”la qarşılaşan “Aston Villa” darmadağına imza ataraq yarımfinala yüksəlib.
“Mançester Siti” də “Bornmut”la səfər oyunundan qalib ayrılıb.
İngiltərə Kuboku
1/4 final
29 mart
Fulhem – Kristal Pelas 0:3
Qollar: Eze, 34. Sarr, 38. Nketia, 75.
Brayton – Nottingem Forest 0:0 (penaltilər 3:4)
30 mart
Preston – Aston Villa 0:3
Qollar: Raşford, 58; 63-pen. Remsi, 71.
Bornmut – Mançester Siti 1:2
Qollar: Evanilson, 21 – Haland, 49. Marmuş, 63.


