Artıq məlum olduğu kimi, “Mançester Siti” İngiltərə Kubokunun 1/4 finalında “Bornmut”u məğlub edərək (2:1), yarımfinala çıxıb.
Arena.az məlumat verir ki, bu uğur nəticəsinədə “şəhərlilər” İngiltərə Kubokunda müstəsna rekorda imza atıblar.
Belə ki, MS ardıcıl 7-ci dəfə İngiltərə Kubokunun yarımfinalına çıxmaqla, rekord müəyyənləşdirib.
Yarımfinalda Mançester təmsilçisi “Nottingem Forest”lə qarşılaşacaq. Digər yarımfinal cütündə isə “Aston Villa” və “Kristal Pelas” üz-üzə gələcəklər.
Xatırladaq ki, İngiltərə Kubokunun cari sahibi “Mançester Yunayted”dir. “Arsenal” isə İngiltərə Kubokunu ən çox qazanmış klubdur – 14 dəfə.
“Mançester Siti”nin isə qənimətlər muzeyində 7 İngiltərə Kuboku qəniməti var.


