Braziliya millisinin keçmiş sağ cinah müdafiəçisi, başı bəlalar çəkmiş Daniel Alves həyatında yeni dövrə qədəm qoymaq üzrədir.
Arena.az məlumat verir ki, zorlama ittihamı ilə iş üzrə bəraət alımış Dani ata olmağa hazırlaşır.
Futbolçu bəraət alaraq zindandan evə buraxıldıqdan üç gün sonra, Daninin həyat yoldaşı Joana Alves hamilə olduğunu bəyan edərək, keçmiş futbolçunu sevindirib. Cütlük qız övladının dünya gəlməsinə hazırlaşır.
Əlavə edək ki, daha əvvəl mətbuatda, cütlüyün münasibətinin pozulduğu və ayrılmaq üzrə olduğu haqda xəbərlər dolaşırdı.
Bu arada “Marca” nəşri məlumat yayıb ki, Daniel Alves zorlama ittihamı üzrə həbsxanada keçirdiyi 405 gün müqabilində 20 min avro məbləğində təzminat haqqı ala bilər. Bəraət hökmü almış Daniel Alves müvafiq iddianı qaldıraraq, haqına sahib ola bilər.
Xatırladaq ki, daha əvvəl, futbolçunun əvvəllər çıxış etdiyi “UNAM Pumas” klubu Daniel Alvesin zorlamada ittiham edilməsi ilə klubun ad-sanına xələl gətirdiyini bəyan etmiş və braziliyalı futbolçudan təzminat haqqı almaq niyyətində idi. İndi çərxi-fələk Daniel Alvesin xeyrinə dönüb, braziliyalı futbolçu Meksika klubundan 2 milyon avro məbləğində təzimanat haqqı alcaq. Belə ki, başına gəlmiş xoşagəlməz hadisə zamanı, “UNAM PUMAS” Dani Alveslə müaviləsinə xitam vermişdi.
Xatırladaq ki, məşhur futbolçu Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittihamla üzləşmiş, məhkəmədə xeyli çəkişdikdən sonra 4,5 il müddətinə həbsə məhkum edilərək, “içəri” atılmışdı.
Dani Alves müvafiq hökmdən şikayət ərizəsi vermiş və şikayət ərizəsinə baxıldığı müddətdə məhkəmənin müvafiq şərtləri altında evində azad yaşaya bilmək hüququnu əldə etmişdi. Nəhayət, Dani Alves düşdüyü “zibildən” qurtula bilib.


