“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Kubokunun yarımfinalında səfərdə “Arminiya”ya gözlənilməz məğlubiyyəti şərh edib.
Arena.az məlumat verir ki, 2:1 hesablı əzmkar qələbə qazanmış “Arminiya” Almaniya Kubokunun finalına yüksəlib.
Xabi Alonso matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Hamı pərişanlıq yaşayır. “Arminiya”nı təbrik edirəm, onlar həqiqətən öz oyunları ilə finala layiqdirlər. Biz kədər içindəyik. Ötən mövsüm bizim tez-tez bxtimiz gətirərdi, bu gün isə biz əks cəbhədəyik. Oyunumuz gərəkli səviyyədə deyildi, bizdə həm komanda fəaliyyəti baxımından, həm də fərdi oyun baxımından nəzarət əskik idi. Bu gün bizdə heç nə alınmırdı. Bu, əhəmiyyətli axşam idi. Bizim, finala yenidən qayıtmağımıza imkanımız vardı, ancaq biz özümüzün gerçək gücünü nümayiş etdirə bilmədik”, – Almaniya Bundesliqasının mətbuat xidməti ispan mütəxəssisdən sitat gətirir.
Finala yüksəlmiş “Arminiya” həlledici oyunda digər yarımfinal cütünün – “Ştutqart” – “Leypsiq” oyununun qalibi ilə qarşılaşacaq.


