Futbol üzrə Azərbaycan millisinin bu ilin yayında Macarıstan yığmasına qarşı keçirəcəyi yoxlama görüşünün yeri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, millimiz bu rəqibini iyunun 10-da Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.
Qarşılaşmanın başlama saatı barədə daha sonra məlumat veriləcək.


