Arteta “Arsenal”ın çempionluq həsrətindən danışdı

“Arsenal”ın baş məşqçisi, ispan mütəxəssis Mikel Arteta “topçular”ın nə qədər çempionluqsuz qalacağı haqda sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən, ispan çalışdırıcının müvafiq cavabını təqdim edir:

“Bax, bunu mən bilmirəm. Amma sona doğru yaxınlaşdıqca, bu, hiss edilir. Əgər İngiltərə Premyer Liqası dünyanın ən yaxşı liqasıdırsa, bu, ancaq ona görədir ki, burada çempionluğu qazana biləcək altı komanda yarışır”, deyə Arteta vurğulayıb.

31 oyundan 62 xalla “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Premyer Liqaya 30 oyundan 73 xalla “Liverpul” başçılıq edir.

Əlavə edək ki, “Arsenal” sonuncu dəfə İngiltərə Premyer Liqasını 2003/2004-cü illər mövsümündə qazanıb. O vaxt fransız mütəxəssis Arsen Vengerin “topçular”ı bir oyunda belə məğlub olmadan, çempion olmuşdular. Müvafiq nəticə Premyer Liqanın rekordudur, nə əvvəl və nə də sonra heç bir komanda “Arsenal”ın həmin uğurunu təkrarlaya bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: