“Sauthempton” İngiltərə Premyer Liqasının cari mövsümündə uğursuzluğa düçar olaraq, erkən surətdə Çempinşipə yuvarlanıb.
Arena.az məlumat verir ki, Premyer Liqanın 31-ci turu çərçivəsində səfərdə “Tottenhem”ə 1:3 hesabı ilə məğlub olmuş “müqəddəslər” yarışın sonuna 7 tur qalmış Çempionşipə yuvarlanıblar.
Müvafiq hal antirekorddur. Hələ heç bir komanda Premyer Liqanın sonuna 7 tur qalmış aşağı liqaya düşməmişdi.
Cari mövsümdə bu komanda əsl qapazaltı olub. “Müqəddəslər” “gəlib-gedənə” məğlub olublar: 2 qələbə, 4 heç-heçə və 25 məğlubiyyət. 31 oyunda cəmi 10 xal toplamış komanda İngiltərə Premyer Liqasının yarış cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.


