Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə növbəti oyununu keçirəcək.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz C Liqasının 4-cü qrupuna son səfər görüşünə çıxacaq.
Liderlik uğurunda mübarizə aparan millimiz Monteneqro yığması ilə üz-üzə gələcək. Nikşiç şəhər stadionunda təşkil olunacaq oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Matçı Andorradan olan baş hakim Marta San Xuan idarə edəcək.
Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib. Hazırda hər iki komandanın hesabında 4 xal var. Son pillədə qərarlaşan Litvanın xalı yoxdur.
Qeyd edək ki, Azərbaycan millisi bu qrupdakı sonuncu oyununu mayın 30-da evdə Litva yığmasına qarşı keçirəcək.
UEFA Millətlər Liqası
C Liqası, 4-cü qrup
8 aprel
20:00. Monteneqro – Azərbaycan
Baş hakim: Marta San Xuan (Andorra).
Nikşiç şəhər stadionu.
Xallar: Monteneqro – 4. Azərbaycan – 4. Litva – 0.


