“Barselona” XXI əsrdə ən yaxşı göstəricisini təkrarladı

İspaniyanın “Barselona” klubu XXI əsrdə UEFA Çempionlar Liqasında vurulan qollara görə ən yaxşı göstəricisini təkrarlayıb.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi buna turnirin 1/4 final mərhələsinin ilk oyununda Almaniyanın “Borussiya” (Dortmund) komandasını 4:0 hesabı ilə məğlub etməklə nail olub.

Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv cari mövsümdə qitənin bir nömrəli klub turnirində qollarının sayını 36-ya çatdırıb.

Komanda son olaraq 2008/2009-cu illər mövsümündə, Xosep Qvardiolanın baş məşqçi olduğu dönəmdə 36 qola imza atıb.

“Barselona”nın mütləq rekordu isə XX-XXI əsrlərin qovşağında, 1999/2000-ci illər mövsümündə qeydə alınıb. Həmin vaxt komanda Lui Van Qalın rəhbərliyi altında 45 qola imza atıb.

Qeyd edək ki, “Barsa” ilə “Borussiya” arasındakı cavab qarşılaşması aprelin 15-də Dortmundda keçiriləcək. Bu görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: