Flik: “Borussiya”ya qarşı ən yaxşı oyunumuzu keçirmədik”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/4 finalının Dortmund “Borussiya”sı ilə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, Barselonada 4:0 hesablı qələbə qazanmş “blauqrana”, səfərdə dişsiz oyunu mənzərəsində 1:3 hesablı gözlənilməz məğlubiyyət yaşayıb.

Hansi Flik matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibimiz çox yaxşı idi, stadiondakı ab-hava isə möhtəşəm idi. Belə oyunları keçirmək asan deyil, amma bizə mərhələni adlamaq müyəssər oldu. Çempionlar Liqası dünyanın ən yaxşı yarışıdır. Yarımfinala çıxmağımız – fantastikadır. Bu, bizim ən yaxşı oyunumuz deyildi, amma biz məqsədimizə çatdıq. Bu, görkəmli komandaya qarşı çox çətin bir oyun idi”, deyə alman mütəxəssis vurğulayıb.

Ümumi hesabda (5:3) üstünlük saxlamış “Barselona” Çempionlar Liqasının yarımfinalına adalayıb. “Borussiya” isə ümidlərini növbəti mövsümə bağlamağa məcburdur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: