“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sabah” qarşı keçirəcəyi cavab oyununa hazırlığı başa vurub.
Arena.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Paytaxt təmsilçisi cavab görüşünə beş itki ilə çıxacaq. Belə ki, futbolçulardan Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən bu görüşü buraxacaqlar. Bassala Sambu isə cəzalı olduğu üçün qarşıdakı oyunda iştirak etməyəcək.
Qeyd edək ki, aprelin 23-də “Masazır Arena”da keçiriləcək paytaxt derbisinə saat 20:00-da start veriləcək. İlk oyunda “Sabah” 2:1 hesablı qələbəyə sevinib.


