Tebas Flikin cavabını verdi: “Get, UEFA-dan da şikayət et”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas, “Barselona” baş məşqçisi Hans-Diter Flikin təqvimlə bağlı narazılığını cavablayıb.

Arena.az “Relevo” dərgisinə istinadən, ispan məmurun müvafiq mövqeyini təqdim edir:

“Nə üçün o (Hansi Flik – redaktorun qeydi) Çempionlar Liqasının yarımfinal oyunlarını eyni gündə təşkil edə biləcək UEFA-dan şikayət etmir?* Nə üçün o, həmişə La Liqadan şikayətçidir? Biz müvafiq tərtibatı (oyunlar cədvəlinin tərtibatını – redaktorun qeydi) artıq 10 ildir ki, istifadə edirik.

Məhz UEFA Çempionlar Liqasının yeni tərtibatını ortaya soxuşdurmaqla, təqvimdə müvafiq yüklənməyə səbəb olub. Biz bütün klublar üçün ən yaxşı həlləri axtarırıq, bir, iki, üç və ya dörd komanda üçün deyil”, deyə Tebas vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Hans-Diter Flik İspaniya La Liqasında təqvim sıxlığından giley-güzar edərək, müvafiq “hoqqanın” ancaq İspaniyada yaşandığını vurğulamışdı.

33 oyundan 76 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir.

“Barselona” Çemionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində aprelin 30-da “İnter”i qəbul edəcək. Buna qədər, aprelin 29-da isə “Arsenal” – PSJ oyunu nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: