Əvəzedicilər Liqası: 4-cü turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 4-cü turun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verri ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Növbəti turun görüşləri dörd günü əhatə edəcək. Sentyabrın 11-də Bakıda start veriləcək 4-cü tura ayın 15-də Masazırda yekun vurulacaq.

Əvəzedicilər Liqası
4-cü tur

11 sentyabr

“Neftçi-2” – “Şəfa-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

13 sentyabr

“Qəbələ-2” – “İmişli-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

14 sentyabr

“Şamaxı-2” – “Kəpəz-2”
Şamaxı şəhər stadionu, 16:00.

“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Binə qəsəbə stadionu, 16:00.

“Turan Tovuz-2” – “Sumqayıt-2”
Tovuz şəhər stadionu, 16:00

15 sentyabr

“Sabah-2” – “Zirə-2”
“Masazır Arena” (ehtiyat meydança), 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: