U-17 millimiz gürcülərə Bakıda məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-17) Bakıdakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

“Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma Gürcüstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında sentyabrın 9-da daha bir yoxlama görüşü baş tutacaq. Oyuna saat 11:00-da start veriləcək.

U-17 millimizin təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların adlarını nəzərinizə çatdırırıq:

İradə Əsədli – Şəfa
Süməyyə Əhməd – Ulduz
Aydan Abdullayeva – Sabah
Məryəm Səmədli – Sabah
Şəhanə Mirzəliyeva – Liman
Suel Polikarpova – Neftçi
Sara Səlimova – Neftçi
Xədicə Rəhimova – Neftçi
Zəhra İsmayilova – İmişli
Məryəm Nuruzadə – Ulduz
Dəniz Mikayıllı – Səbail
Aylin Əliyeva – Ulduz
Xədicə Əlizadə – Sabah
Nuray Qurbanova – Ulduz
Lamiyə Məmmədova – Şəfa
Aydan Nəsrullayeva – Ulduz
Səbinə Şəfərxanova – Krılya Sovetov (Rusiya)
Sara Babayeva – Qroyter Fürt (Almaniya)
Zəhra Musayeva – Sumqayıt
Ebru Əmirova – Ulduz
Nuray Əzizova – Neftçi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: