Son ölkə çempionu “Sabah” futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 25-ci dəfə böyük hesablı qələbəyə sevinib.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 4-cü turuna təsadüf edib.
Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda “Zirə” ilə ev oyununda 5 cavabsız qolla qalib gəlib.
“Sabah” tarixi ərzində doğma meydanda 16-cı, ümumilikdə isə 25-ci dəfə üç və ya daha çox top fərqi ilə qələbəyə sevinib. Bakı klubu ən azı 25 belə qələbəsi olan 11-ci komandadır.
Qeyd edək ki, “bayquşlar” ilk böyük hesablı qələbəsini 2019-cu il sentyabrın 29-da “Səbail” üzərində qazanıb – 3:0.
Cari mövsümdə keçirdiyi 3 oyunun hamısından qalib ayrılmış Valdas Dambrauskasın komandası itkisiz irəliləyən yeganə kollektivdir. Bakılıların bir oyunu da təxirə salınıb.


