“Real” Eduardo Kamavinqanın xidmətindən məhrum oldu

“Real” “qaymaqlılar”ın 22 yaşlı fransalı mərkəz yarmmüdafiəçisi Eduardo Kamavinqanın xidmətndən məhrum olub.

Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir:

“Aparılmış müayinələrdən sonra, Edordoda ombanın ötürücü əzələsinin qopduğu aşkarlanıb” – “Real”ın mətbaut xidmətinin açıqlamasında deyilir.

Xatırladaq ki, Kamavinqa İspaniya La Liqasının 33-cü turunun “Xetafe” ilə səfər oyununda (1:0) zədələnərək, oyunun 46-cı dəqiqəsində əvəzlənib.

Kamavinqanın hansı müddətə sıradan çıxdığı açıqlanmır.

Məlumdur ki, fransalı futbolçu İspaniya Kral Kubokunun “Barselona” ilə aprelin 26-da baş tutacaq final oyununu buraxacaq.

Eduardo Kamavinqa 2021-ci ilin avqustundan “Real”dadır. “Kral klubu” fransalı mərkəz yarımmüdafiəçisini 31 milyon avro məbləğ müqabilində “Renn”dən “qaymaqlılar”ın heyətinə qatıb. Kamavinqanın “Real”la müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kamavinqa “Real”ın heyətində 34 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ümumilikdə Kamavinqa “Real”ın heyətində 180 oyuna 4 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib.

Fransalı yarımmüdafiəçi “Real”la İspaniya La Liqasının (2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Eduardo Kamavinqa 2020-ci ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 26 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Eduardo “xoruzlar”la 2021-ci ildə UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı fransalı yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: