Lion “Olimpik”i mövsümün sonunda Lyakazetlə vidalaşacaq

Futbol üzrə Fransa çempionatında uğursuz mövsüm keçirən Lion “Olimpik”i cari mövsümün sonunda Aleksandr Lyakazettlə vidalaşacaq.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin baş məşqçisi Paulo Fonseka mətbuat konfransında bildirib.

33 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti artırılmayacaq. O, Lion klubunu azad agent kimi tərk edəcək.

Xatırladaq ki, Aleksandr Lyakazett Lion “Olimpik”inin öz yetirməsidir. O, 2010-ci ildən 2017-ci ilə qədər bu klubun şərəfini qoruyub. 2017-2022-ci illər aralığında İngiltərənin “Arsenal” klubunda çıxış etmiş oyunçu daha sonra yenidən Liqa 1 təmsilçisinə qayıdıb.

Təcrübəli forvard “Olimpik”in heyətində ümumilikdə 390 oyun keçirib, 199 qol vurub, 55 məhsuldar ötürmə verib. Onun “Arsenal” karyerası isə 206 oyun, 71 qol və 35 assistdən ibarətdir.

2013-cü ilin iyun ayında Fransa yığmasında debüt etmiş Lyakazett, milli komandanın heyətində 16 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: