“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduz kapitanı, veteran hücumçu Kristiano Ronaldo ardıcıl 3-cü dəfə dünyanın ən ödənişli idmançısıdır.
Arena.az məlumat verir bu barədə nüfuzlu “Forbes” jurnalı bildirib.
Nəşrin təhqiqatına əsasən, son il ərzində Ronaldo 275 milyon ABŞ dolları məbləğində qazanc əldə edib. Bu məbləğin 225 milyonunu futbolçunun əməkhaqqı və müxtəlif əlavə üstəlikləri təşkil edir. Qalan 50 milyonu isə sponsor müqavilələri əsasında futbolçuya ödənilmiş vəsaitdir.
Beləliklə, portuqal hücumçu ardıcıl 3-cü ildir ki, dünyanın ən ödənişli idmançılarının əlliliyinə başçılıq edir.
Əlavə edək ki, müvafiq siyahının 5-ci pilləsində “İnter Mayami”nin 37 yaşlı argentinalı ulduz kapitanı, veteran hücumçu Lionel Messi qərarlaşıb. “Leo”nun son il ərzindəki qazancı 135 milyon ABŞ dolları məbləğində olub. Bunun 60 milyonunu futbolçunun əməkhaqqı və müxtəlif əlavə üstəlikləri təşkil edir. Qalan 75 milyonu isə sponsor müqavilələri əsasında futbolçuya ödənilmiş vəsaitdir.


