Premyer Liqa: “Tottenhem” və MY səfərdə uduzdular

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 37-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Aston Villa” doğma meydanda “Tottenhem”lə qarşılaşıb. Uğursuz bir mövsüm keçirən keçirən London təmsilçisi səfərdə 2 cavabsız qolla məğlub olub.

Günün digər oyununda “Çelsi” öz meydanında “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. Mövsümün digər uğursuzu – “qırmızı şeytanlar” da səfər matçında xalsız qalıblar.

Maraq üçün xatırladaq ki, Premyer Liqada uğursuz mövsüm keçirmələrinə baxmayaraq, “Mançester Yunayted”lə “Tottenhem” Avropa Liqasının finalına yüksəliblər. Bu komandalar mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda həlledici oyuna çıxacaqlar.

İngiltərə, Premyer Liqa
37-ci tur

16 may

Aston Villa – Tottenhem 2:0
Qollar: E.Konsa, 59. B.Kamara, 73.

Çelsi – Mançester Yunayted 1:0
Qol: M.Kukurelya, 81.

18 may

15:00. Everton – Sauthempton
17:15. Brentford – Fulhem
17:15. Vest Hem – Nottingem Forest
18:00. Lester Siti – İpsviç Taun
19:30. Arsenal – Nyukasl

19 may

23:00. Brayton – Liverpul

20 may

23:00. Kristal Pelas – Vulverhempton
23:00. Mançester Siti – Bornmut

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: