A Seriyası: “Atalanta”dan Genuyada çətin qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 37-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Cenoa” doğma meydanda “Atalanta” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda qonaqlar çətin qələbəyə seviniblər.

37-ci turun qalan görüşləri mayın 18-də keçiriləcək. Bütün görüşlərə eyni saatda start veriləcək.

İtaliya, A Seriyası
37-ci tur

17 may

Cenoa – Atalanta 2:3
Qollar: Pinamonti, 37; 58 – Sulemana, 47. Maldini, 63. Reteqi, 89.

18 may

22:45. Roma – Milan
22:45. Kalyari – Venesiya
22:45. Fiorentina – Bolonya
22:45. İnter – Latsio
22:45. Yuventus – Udineze
22:45. Leççe – Torino
22:45. Montsa – Empoli
22:45. Parma – Napoli
22:45. Verona – Komo

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: