Ronaldo formasını geyinmək istəmədiyi klubu açıqladı

“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduzu və kapitanı, hücumçu Kristiano Ronaldo futbol köynəyini heç vaxt dəyişməyəcəyi klubu açıqlayıb.

Arena.az “GiveMeSport” dərgisinə istinadən, portuqal hücumçunun müvafiq açıqlamasını təqdim edir:

“Roma” ilə oyunu xatırlayıram, onda hesab 6:0 xeyrimizə ikən, onlar məndən dayanmağımı istəmişdilər. Rəqib məndən qol vurmağıma son vermək üçün yalvarırdı. Rəqibin oyunçuları məni, mənə zərər yetirəcəkləri ilə təhdid edirdilər. Futbol köynəyimi bu klubla heç vaxt dəyişmərəm”, deyə “Kriş” keçmiş klubu “Mançester Yunayted”in heyətində “canavarlar”a qarşı oyunda yaşadığını xatırlayaraq, vurğulayıb.

Xatırladaq ki, Çempionlar Liqasının 2026/2007-ci illər mövsümünün çərək finalında “Roma” “Mançester Yunayted”i İtaliya paytaxtında ilk oyunda 2:1 hesabı ilə məğlub etmişdi. “Old Trafford”dakı cavab oyununda isə “qırmızı şeytanlar” “Roma”nı 7:1 hesabı ilə yerlə-yeksan etmişdilər. Həmin oyunda Ronaldo iki qolla fərqlənmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: