A Seriyası: “Napoli”dən 4-cü çempionluq!

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hansı ki, bu oyunlar çempionun adına aydınlıq gətirəcəkdi. Lider “Napoli”nin “Kalyari”ni qəbul etdiyi gündə əsas izləyicisi “İnter” də “Komo”nun qonağı olub. Əsas rəqibinin xal itirəcəyinə ümid bəsləyən Milan təmsilçisi səfərdə inamlı qələbəyə sevinib. Amma Neapol təmsilçisi tarixi fürsəti əldən verməyib. Doğma meydanda inamlı qələbəyə sevinən “Napoli” xallarının sayını 82-yə çatdıraraq tarixində 4-cü dəfə İtaliya çempionu olub. “İnter” isə 81 xalla gümüş medallara sahib çıxıb.

Xatırladaq ki, “Napoli” daha öncə 1986/87, 1989/90 və 2022/23 mövsümlərində də A Seriyasının qalibi olmuşdu. İtaliya ən çox (36) çempionluğu olan komanda isə “Yuventus”dur.

38-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya, A Seriyası
38-ci tur

23 may

Komo – İnter 0:2
Qollar: De Vrey, 20. Korrea, 51.

Napoli – Kalyari 2:0
Qollar: Maktominey, 42. Lukaku, 51.

24 may

20:00. Bolonya – Cenoa
22:45. Milan – Montsa

25 may

22:45. Atalanta – Parma
22:45. Empoli – Verona
22:45. Latsio – Leççe
22:45. Torino – Roma
22:45. Udineze – Fiorentina
22:45. Venesiya – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: