“Napoli” A Seriyasında unikal rekorda imza atdı

Ötən gecə futbol üzrə İtaliya A Seriyasında 2024/2025-ci illər mövsümünün qalibi olan “Napoli” unikal rekorda imza atıb.

Arena.az xəbər verir ki, Neapol təmsilçisi bu uğuru 38-ci tur çərçivəsində doğma meydanda “Kalyari”yə qalib (2:0) gəlməklə həyata keçirib.

Belə ki, Antonio Kontenin rəhbərlik etdiyi kollektiv ötən mövsüm A Seriyasını 10-cu sırada başa vurub. Bununla da, “Napoli” son İtaliya çempionatını 10-cu pillədə başa vurduqdan sonra A Seriyasını qazanan ilk komanda kimi tarixə düşüb.

Xatırladaq ki, Neapol təmsilçisi ötən gecə qazandığı qələbə sayəsində xallarının sayını 82-yə çatdıraraq bütün rəqibləri üçün əlçatmaz olub. Liderin əsas izləyicisi “İnter” də səfərdə “Komo”ya 2:0 hesabıyla qalib gəlməsinə baxmayaraq, 81 xalla ikinci yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: