Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Bolonya” – “Cenoa” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Milan” isə evdə “Montsa”nı 2 cavabsız qolla üstələyib.
38-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İtaliya, A Seriyası
38-ci tur
23 may
Komo – İnter 0:2
Qollar: De Vrey, 20. Korrea, 51.
Napoli – Kalyari 2:0
Qollar: Maktominey, 42. Lukaku, 51.
24 may
Bolonya – Cenoa 1:3
Qollar: Orsolini, 64 – Vitinya, 17. Venturino, 26; 43.
Milan – Montsa 2:0
Qollar: Qabbya, 64. Joao Feliks, 74.
25 may
22:45. Atalanta – Parma
22:45. Empoli – Verona
22:45. Latsio – Leççe
22:45. Torino – Roma
22:45. Udineze – Fiorentina
22:45. Venesiya – Yuventus


