Mareska “Çelsi”nin tənqidçilərini təhqirlə cavabladı

“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadgənlar”ın tənqidçilərini sərt surətdə cavablaması ilə diqqət çəkib.

Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, 45 yaşlı italyan mütəxəssis bu barədə İngiltərə Premyer Liqasının “Nottingem Forest”lə 38-ci tur səfər oyununda 1:0 hesablı qələbədən sonra danışıb:

“Deyirdilər ki, biz “Nottingem Forest”i uda bilmərik, belə ki, çox gəncik və təcrübəmiz yoxdur. Bədbəxtliklərindən, onların hamısı yanılırdılar.

Bütün bu kəslər, hansılar ki, həqiqəti bildiklərini və hər şeyə cavabları olduqlarını düşünürlər. İngiliscə necə deyilir? Əşi, gedib tullansınlar (Mareska burada məşhur söyüş ifadəsini işlədib). Çünki “Çelsi”nin oyunçuarı hörmətə layiqdirlər. Onların səyləri – inanılmazdır”, deyə Mareska vurğulayıb.

“Meşəçilər” üzərində qələbə sayəsində “zadagənlar” Çempionlar Liqasının növbəti mövsümünə birbaşa vəsiqə əldə ediblər. “Çelsi” Premyer Liqanın yarış cədvəlini 69 xalla fəxri dördüncü yerdə başa vurub. “Nottingem Forest” isə məğlubiyyət nəticəsində 7-ci pilləyə düşüb (65 xal) və Konfrans Liqasının təsnifat mərhələsində çıxış edəcək.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının çempionluğunu “Liverpul” (84 xal) qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: