Raul Qonsales “Real”dan ayrıldı – Rəsmi

“Real”ın əfsanəsi, ispan keçmiş hücumçu, 47 yaşlı mütəxəssis Raul Qonsales “qaymaqlılar”ın ikinci komandası “Kastilya”dan istefa verib.

Arena.az “Real”ın mətbuat xidmətinə istindən məlumat verir ki, Raul müvafiq qərarını şəxsən qəbul edib.

“Real” üçün bizim gənclər komandasının baş məşqçisi qismində klub tarixinin və bütün dünya futbolunun ən görkəmli əfsanələrindən birini görmək fəxr idi. Raul “Real”ın bütün dəyərlərinin parlaq təmsilçisidir. O dəyərlər ki, o, mürəbbi qismində gənc oyunçulara ötürürdü. Raul “Real” azarkeşlərinin qəlblərində əbədi olaraq qalacaq, “Real” isə həmişə onun evi olacaq.

Raula və onun ailəsinə həyatlarının yeni mərhələsində uğurlar diləyirik”, –”Real”ın rəsmi bəyanatında deyilir.

Madrid klubundan ayrılmış Raulun məşqçilik fəaliyyətini harada davam etdirəcəyi məlum deyi.

Bir qədər əvvəl mətbuatda belə bir ehtimal irəli sürülüb ki, Raul 43 yaşlı ispan mütəxəssis Xabi Alonsonun “qaymaqlılar”ın sükanı arxasına təyinatından bir növ inciyib. “Kastilya”nı uğurla çalışdıran Raul Qonsales, əsas komandanın sükanının ona etibar edilməməsindən mütəəssir olub və “Kral klubu”ndan ayrılmaq haqda müvafiq qərarını verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: