“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in Çempionlar Liqasının növbəti mövsümünə vəsiqə qazanmasını şərh edib.
Arena.az xatırladır ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının 38-ci turunda səfərdə “Fulhem” üzərində 2:0 hesablı qələbə qazanmaqla, mövsümə müəyyənləşdirdiyi çətin tapşırığı yerinə yetirib.
Qvardiola bununla bağlı düşüncələrini belə ifadə edib: “Biz əl-qolumuzu sallamadıq. Bu, asan deyil, xüsusilə hətta bunca nəhəng çətinliklər mənzərəsində öz işlərini icra etmiş oyunçular üçün. Müvafiq vəziyyətdə üçüncü yeri tutmaq – bu, tamamilə əladır. Mükəmməlcəsinə alınmadı, amma növbəti mövsümdə biz Avropada oynayacağıq, UEFA Çempionlar Liqasında. Ola bilsin ki, mənə inanmayacaqlar, amma bu, bizim hamımız üçün xoşbəxt bir gündür”, – “Mançester Siti”nin rəsmi saytı 54 yaşlı ispan mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, “şəhrlilər” mövsümün böyük hissəsini oyun böhranı keçirərək, vacib xallar itirsələr də, Qvardiola çətin məqamda kollektivə mübariz ruh aşılayaraq, qarşıya qoyulmuş tapşırığı yerinə yetirməyi bacarıb.
Ardıcıl dörd mövsümlük çempionluqdan sonra “Mançester Siti” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümününü 71 xalla 3-cü pillədə başa vuraraq, bürünc medal qazanıb. “Şəhərlilər” UEFA Çempionlar Liqasına Liqa mərhələsindən qoşulacaqlar.


