Futbol üzrə Latviya yığmasının iyunun 7-də Azərbaycan milli komandasına qarşı keçirəcəyi yoxlama oyunu üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, Latviya yığmasını DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 10-da Albaniya seçməsi ilə də qarşılaşma gözləyir.
Sözügedən komanda həm Azərbaycan millisini, həm də Albaniya yığmasını doğma meydanda qəbul edəcək. Latviya yığmasının baş məşqçisi Paolo Nikolati qarşıdakı oyunlar üçün heyətə 25 futbolçu cəlb edib:
Qapıçılar: Rixard Matreviç, Krişyanis Zviedris, Frenk David Orol;
Müdafiəçilər: Antoni Çernomordi, Krister Tober, Vitali Yaqodinski, Robert Savalnyek, Andrey Çiqanik, Raivi Andris Yurkovski, Daniel Balodis, Denis Melnik, Maksim Tonişev;
Yarımmüdafiəçilər: Alvis Yaunzem, Aleksey Savelyev, Eduard Daşkeviç, Qleb Zaleyko, Kristap Qrabovski, Krister Penkeviç, Renar Varslavan, Dmitri Zelenkov, Lukas Vapne;
Hücumçular: Yanis Ukaunyek, Vladislav Qutkovski, Marko Reqza, Bruno Melnis.
Qeyd edək ki, Latviya – Azərbaycan oyunu iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.


