“Mançester Yunayted” səfərdən 1 xalla döndü

Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Vulverhempton” doğma meydanda “Bernli”yə böyük hesabla uduzub.

Dörd qolun qeydə alındğı “Aston Villa” – “Vest Bromviç” matçında isə qalib müəyyənləşməyib.

Ötən turda “Liverpul”la matçda bir xal qazanan “Lids”in bu turdakı qonağı “Mançester Yunayted” olub. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Bu turun “Fulhem” – “Tottenhem” və “Mançester Siti” – “Sauthempton” matçları daha əvvəl keçirilib.

İngiltərə Premyer Liqası
33-cü tur
23 aprel

Arsenal – Everton 0:1
Qol: Leno, 76-öz qapısına.

24 aprel

Liverpul – Nyukasl 1:1
Qol: Salah, 3 – Uillok, 90+5.

Vest Hem – Çelsi 0:1
Qol: Verner, 43.

Şeffild Yunayted – Brayton 1:0
Qol: Makqoldrik, 19.

25 aprel

Vulverhempton – Bernli 0:4
Qol: Vud, 15; 21; 44. Vestvud, 85.


Lids – Mançester Yunayted 0:0


Aston Villa – Vest Bromviç 2:2
Qol: El-Qazi, 9. Deyvis, 90+2 – M.Pereyra, 23. Minqs, 47-öz qapısına.


26 aprel

23:00 Lester – Kristal Pelas

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: