“Sabah” – Azərbaycan Kubokunun 10-cu sahibi

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün qalibi olmuş “Sabah” bu turnirdə zəfər qazanan 10-cu komanda olub.

Arena.az xəbər verir ki, Bakı klubu finalda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəlib.

1992-ci ildən keçirilən turnirin əvvəlki 32 mövsümündə 9 qalib olmuşdu. Mütləq rekord “Qarabağ”a məxsusdur – 8 dəfə.

“Neftçi” 6, “Kəpəz” 4, “Xəzər Lənkəran” və “Bakı” hərəyə 3, “Keşlə” (indiki “Şamaxı”) və “Qəbələ” hərəyə 2 kubok qazanıb. “İnşaatçı” (Bakı) və “Şəfa” isə “Sabah” kimi hərəsi bir dəfə kuboku başı üzərinə qaldırıb.

Xatırladaq ki, Azərbaycan Kubokunda 2001/2002 və 2019/2020-ci illər mövsümləri yarımçıq qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: