Futbol üzrə Azərbaycan kubokunun 2024/2025-ci illər mövsümünün finalında – “Qarabağ” – “Sabah” oyununda qapılara 5 qol vurulub.
Arena.az xəbər verir ki, “Sabah”ın Ağdam klubuna əlavə vaxtda 3:2 hesabı ilə qalib gəldiyi matç turnirin tarixinə düşüb.
Bu görüş əsas və əlavə vaxtında ən çox qol vurulan final oyunu olub. 1992-ci ildən keçirilən kubokun əvvəlki həlledici qarşılaşmalarında bu qədər qol vurulmayıb.
Bunadək ən məhsuldar finalda 4 qol qeydə alınmışdı. 2014/2015-ci illər mövsümündə “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub etmişdi.
Xatırladaq ki, Azərbaycan Kubokunda ümumilikdə 31 finalda 62 qol vurulub.


