İtaliyanın “Yuventus” klubu “byankoneri”nin idman direktoru, 53 yaşlı italyan mütəxəssis Kristiano Cuntoli ilə yollarını ayırıb.
Arena.az bu barədə Turin klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər ortaq əməkdaşlıqlarına qarşılıqlı razılıq əsasında xitam veriblər. Cuntoli “byankoneri” ilə 2023-cü ildən çalışırdı.
“Qərar gələcək üstünlüklərin və səmərələrin birgə qiymətləndirilməsi əsasında qəbul edilib”, – “Qoca sinyora” rəsmi mövqeyini ifadə edib.
Xatırladaq ki, daha əvvəl “Yuventus” yeni baş idarəçi və futbol strategiyası üzrə direktorun təyinatını açıqlayıb, müvafiq olaraq 52 yaşlı fransız mütəxəssis Damyen Komolli və 40 yaşlı italyan mütəxəssis Corco Kyellini Turin klubunda vəzifə alıblar.
Turin təmsilçisi İtalya A Seriyasının 2024/2025-ci illər mövsümünü yarış cədvəlinin 4-cü pilləsində başa vurub. Komanda UEFA Çempionlar Liqasının növbəti mövsümündə iştirak imkanı qazanıb.


