Latviya və Azərbaycan yığmalarının yoxlama oyunundan öncə təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, oyundan öncə təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı aşağıdakı kimi olacaq.
6 iyun
Latviya milli komandası
12:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
16:30. Mətbuat konfransı
Azərbaycan milli komandası
18:45. Mətbuat konfransı
19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Sözügedən yoxlama oyunu iyunun 7-də, Riqadakı “Skonto” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.


